Pakistanda cümə namazı zamanı partlayışda azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB

Tarix: 06 Feb 2026 14:03

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb. APA Geo TV-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir.

***

13:34

Pakistanın paytaxtı İslamabadda partlayış olub.

APA yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Partlayış dini ayinin icra olunduğu məkanda baş verib.

Pakistan İslamabad partlayış məscid dini ayin

Xəbər Lenti