Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb - YENİLƏNİB

Tarix: 06 Feb 2026 15:30

Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, danışıqların ikinci raundu yekunlaşıb.

Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.

Qeyd edək ki, bundan əvvəlki raundda Oman XİN rəhbəri tərəflər arasında mesajların mübadiləsində vasitəçilik edib.

***

11:48

Omanda ABŞ-İran danışıqları başlayıb.

APA xəbər verir ki, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.

İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.

Toğrul Quluzadə ABŞ İran Oman ABŞ-İran danışıqları Stiv Uitkoff Abbas Əraqçi

Xəbər Lenti