İsraildə avtobus binaya çırpılıb, 10 nəfər xəsarət alıb

Tarix: 06 Feb 2026 15:17

İsrailin Ramat-Qan bölgəsində sərnişin avtobusu binaya çırpılıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, nəticədə biri ağır olmaqla, 10 nəfər xəsarət alıb.

Məlumata görə, avtobusun sürücüsü əyləc əvəzinə qaz pedalına basıb, nəticədə qəza baş verib.

Faktla bağlı araşdırma davam edir.

Toğrul Quluzadə İsrail qəza avtobus 10 yaralı

Xəbər Lenti