Pakistanda cümə namazı zamanı partlayışda 31 nəfər ölüb, 169 nəfər yaralanıb - YENİLƏNİB-1

Tarix: 06 Feb 2026 14:56

Pakistanın paytaxtı İslamabadda baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb.

APA "Dawn"a istinadən xəbər verir ki, partlayış nəticəsində 169 nəfər yaralanıb.

***

14:03

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb. APA Geo TV-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir.

***

13:34

Pakistanın paytaxtı İslamabadda partlayış olub.

APA yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Partlayış cümə namazı zamanı baş verib.

Toğrul Quluzadə Pakistan İslamabad partlayış məscid dini ayin

Xəbər Lenti