Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 14:52
Kreml Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı danışıqların məhsuldar olmasını və gərginliyin azalmasına gətirib çıxarmasını arzulayır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiyanın Omanda yeni başlayan danışıqları alqışladığını vurğulayıb.
"Biz bu danışıqların məhsuldar olmasını və regionda gərginliyin azalmasına gətirib çıxarmasını istəyirik. Əlbəttə ki, bu baş verənə qədər bütün maraqlı ölkələrin təmkinli olmasını istərdik", - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, ABŞ və İran bu gün Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparırlar. Danışıqlarda ABŞ nümayəndə heyətinə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Fərid Əkbərov Kreml ABŞ İran Rusiya ABŞ-İran danışıqları