Pakistan XİN rəhbəri: Məsciddə terror aktını intiharçı-kamikadze törədib

Tarix: 06 Feb 2026 15:56

Bu gün İslamabadda məsciddə terror aktını intiharçı-kamikadze törədib.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

O, bu cinayəti törədən ekstremistlərin tam məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Qeyd edək ki, partlayışda azı 31 nəfər ölüb, 169 nəfər xəsarət alıb.

Toğrul Quluzadə Pakistan İslamabad İshaq Dar partlayış

Xəbər Lenti