Gürcüstanın sabiq müdafiə naziri növbəti dəfə həbsdə saxlanılıb

Tarix: 06 Feb 2026 18:13

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze barəsində seçilmiş həbs qətimkan tədbirini nəzərdən keçirib.

APA-nın yerli bürosu xəbər verir ki, məhkəmə əvvəlki qərarını qüvvədə saxlayıb.

Sabiq nazirin vəkilləri onun 10 min lari girov məbləğində azadlığa buraxılması barədə vəsatət qaldırıblar. Onlar həmçinin Burçuladzenin pasportunun müsadirə edilməsi kimi əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqini də təklif ediblər.

Məhkəmə Burçuladze ilə yanaşı eyni iş üzrə saxlanılmış Giorgi Xaindrava və Vasil Mxeidzeni də həbsdə saxlayıb.

Qeyd edək ki, Cuanşer Burçuladze ötən ilin sentyabrın 11-də saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittham olunur. Bu cinayət əməlləri 9 ildən 12 ilədək həbslə cəzalandırılır.

Xatırladaq ki, Burçuladze Gürcüstanın müdafiə naziri postunu 2021-2024-cü illərdə tutub.

Cəmilə Babayeva Gürcüstan sabiq müdafiə naziri

Xəbər Lenti