Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 18:09
İran və ABŞ arasında danışıqlar müsbət atmosferdə keçib.
APA xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-la nüvə danışıqlarından sonra yerli mediaya açıqlamasında deyib.
O, danışıqları yaxşı bir başlanğıc kimi dəyərləndirib.
Nazirin sözlərinə görə, hər iki tərəf öz fikirlərini müsbət şəraitdə mübadilə edə bilib.
“Yaxşı başlanğıc idi. Bu, belə də davam edə bilər. Müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik. Amma zaman və məkan tərəflərin paytaxtında müəyyən olunacaq”, - Əraqçi qeyd edib.
Toğrul Quluzadə İran Əraqçi danışıqlar ABŞ