Şənbə, 7 Ferval, 2026
Tarix: 06 Feb 2026 21:11
Gürcüstanın aparıcı hakimiyyətyönümlü "İmedi" televiziya şirkətinin sahibi iş adamı İrakli Ruxadze şirkətdəki 100%-lik payını satıb.
APA-nın yerli bürosu xəbər verir ki, o, bu barədə özü mətbuata açıqlama verib.
Ruxadze qeyd edib ki, rəhbəri olduğu "Hunnewell Partners" şirkəti bu qərarı tərəfdaşlarla uzunmüddətli və gərgin məsləhətləşmələrdən sonra qəbul edib.
"İmedi"nin səhmlərinin 50%-ni "Prime Media Global" şirkəti əldə edəcək. Digər 50%-i isə şirkətin hazırkı direktoru Maka Lomidze və onun 4 müavininin mülkiyyətinə keçəcək.
Qeyd edək ki, "Hunnewell Partners" şirkəti 2021-ci ildən "İmedi"nin sahibi olub. Telekanalı mərhum milyarder və siyasətçi Badri Patarkatsişvili 2001-ci ildə təsis edib.
Cəmilə Babayeva