Şənbə, 7 Ferval, 2026
Tarix: 07 Feb 2026 04:06
Fransa Hərbi Dəniz Qüvvələri tezliklə dəniz minalarını təmizləmək üçün nəzərdə tutulmuş pilotsuz minaaxtaranlar istismara verəcək.
APA xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi admiral Nikolas Vojur məlumat verib.
"Biz müəyyən əraziləri təmizləməyə qadirik və minaaxtaranlar vasitəsilə mina müharibəsi imkanlarımızı nümayiş etdirmək qabiliyyətinə malikik. Bu gün bütün bunlar pilotsuz idarə olunur və tezliklə pilotsuz minaaxtaranlar xidmətə veriləcək", - admiral bildirib.