ABŞ Çinin 2020-ci ildə nüvə silahı sınaqdan keçirdiyini iddia edib

Tarix: 07 Feb 2026 07:01

“ABŞ hökumətinin Çinin nüvə silahı sınaqları keçirdiyinə dair məlumatları var”.

APA xəbər verir ki, bunu Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibinin müavini Tomas Dinanno bildirib.

"Bu gün elan edə bilərəm ki, ABŞ hökuməti Çinin nüvə sınaqları keçirdiyindən, o cümlədən yüzlərlə tonluq sınaqlara hazırlıq işlərindən xəbərdardır", - o, Cenevrədə keçirilən Silahsızlanma Konfransında bildirib.

Amerikalı diplomat, həmçinin, Çin hakimiyyətini seysmik monitorinq sistemlərindən yayınmaq üçün detonasiya texnikasından istifadə edərək sınaqları gizlətməyə cəhd etməkdə ittiham edib.

Dinanno sınaqların 22 iyun 2020-ci ildə baş tutduğunu iddia edib.

Xəbər Lenti