İordaniya kralı II Abdullah Türkiyəyə səfər edəcək

Tarix: 07 Feb 2026 08:10

İordaniya kral II Abdullah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasının kommunikasiya idarəsinin rəisi Burhanəddin Duran məlumat verib.

Səfər zamanı ikitərəfli münasibətlər, regiondakı mövcud inkişaflar və sabitliyin təmin edilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Xəbər Lenti