Kamçatkada Şiveluç vulkanının püskürməsindən sonra kül yağışı ehtimalı var

Tarix: 07 Feb 2026 09:22

Rusiyanın Kamçatka diyarında yerləşən Şiveluç vulkanında baş verən püskürmədən sonra Tiqil bələdiyyə dairəsinin yaşayış məntəqələrində vulkan külünün düşməsi mümkündür.

APA xəbər verir ki, bu barədə Rusiya FHN-in Kamçatka üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Şiveluç vulkanında kül püskürməsi şənbə günü səhər saatlarında müşahidə olunub və püskürmə sütununun hündürlüyü 10,5 kilometrə çatıb.

Kamçatka Tiqil Şiveluç vulkan

Xəbər Lenti