Şənbə, 7 Ferval, 2026
Tarix: 07 Feb 2026 13:23
Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini General-leytenant Vladimir Alekseyevi güllələyən killer saxlanılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, generalı güllələyən Dubaya qaçıb. Hazırda o, yaxalanaraq Rusiyaya geri qaytarılır.
"Kommersant" qəzeti isə Alekseyevə qarşı sui-qəsd cəhdində iki şübhəli üzə çıxdığını yazıb. İstintaqa yaxın mənbə nəşrə bildirib ki, onlardan birinin generala üç güllə yarası vurduğu güman edilir.
Mənbə əlavə edib ki, general özü sağ qalıb və uğurlu əməliyyat keçirib.
"Kommersant"ın mənbəyinin məlumatına görə, şübhəlilərin hər ikisi tezliklə dindirilmək üçün istintaqa təhvil veriləcək. Nəticələrə əsasən, təqsirləndirilən şəxslərə qarşı ittihamlar irəli sürülməsi planlaşdırılır. Şübhələr təsdiqlənərsə, sabah məhkəmə iclası olacağı güman edilir.
Fərid Əkbərov Rusiya general killer