Bazar, 26 İyul, 2026
Tarix: 07 Feb 2026 22:46
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər edəcək. APA xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, fevralın 11-də Vaşinqtonda Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir. Görüşün əsas mövzusu ABŞ ilə İran arasında aparılan danışıqlar olacaq.
Mənbə: apa.az