Bazar ertəsi, 9 Ferval, 2026
Tarix: 09 Feb 2026 11:17
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 12 mart 2026-cı il tarixində keçiriləcək.
“APA-Economics” xəbər verir ki, yığıncaqda “Unibank”ın 2025-ci il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə və bankın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək.
APA-Economics