Azərbaycanda dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq

Tarix: 09 Feb 2026 17:19

Azərbaycanda dövlət müəssisələri xalis mənfəətdən dividend ödəməyə gələn ildən başlayacaq.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, dividend siyasəti qaydalarına əsasən dövlət müəssisələri xalis mənfəətinin 30%-i məbləğində dövlət büdcəsinə dividend ödəyəcək. Dividend ödənişləri cari ildən başlayaraq proqnozlaşdırılacaq və 2027-ci ildən dövlət büdcəsinə ödəniləcəkdir.

Mənfəəti az olan, Ölkə Başçısı tərəfindən müddətli azad edilən, səhmləri xarici birjaların listinqində olan və cəmi kapitalı nizamnamə kapitalından az olan dövlət müəssisələri isə müvafiq dövr üzrə dövlət büdcəsinə dividend ödənişlərindən azad edilir.

Rahim Tarıverdiyev Dövlət müəssisələri büdcə maliyyə göstəriciləri dividend mənfəət

Xəbər Lenti