Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 11:29
İcbari Sığorta Bürosuna sığorta şirkətlərindən daxil olan sorğular 97% azalıb.
“APA-Economics” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun biznesin inkişafı departamentinin direktoru Xanım Camalova deyib.
Onun sözlərinə görə, Büro üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə “Forma 4” məlumatlarının elektron qaydada sorğulanmasının təmin edilməsi layihəsi tamamlanıb.
X.Camalova bildirib ki, nəticədə sığorta şirkətlərinin bu növ sorğular üçün Büroya müraciət etməsinə ehtiyac qalmayıb və məlumatların sığorta şirkətləri tərəfindən birbaşa əldə edilməsi imkanı yaradılıb.
Qeyd olunub ki, bununla da Büroya daxil olan sorğuların sayı aylıq təxminən 600-dən 15–20-yə enib, yəni təxminən 97% azalıb. Direktor əlavə edib ki, məqsəd icbari növ üzrə sığorta müqavilələrinin və iddiaların idarə edilməsi üçün təsirli və səmərəli İT platforması yaratmaq, həmçinin könüllü və icbari növlər üzrə sığorta sahəsində vahid məlumat (data) mərkəzinə çevrilməkdir.
Rahim Tarıverdiyev İSB Sığorta