Azərbaycanda inflyasiya 5,7 % təşkil edib

Tarix: 11 Feb 2026 10:46

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz təşkil edib.

Şükran Məmmədov inflyasiya

Xəbər Lenti