Rodriges: Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlayacaq

Rodriges: Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlayacaq

Tarix: 12 Feb 2026 02:28

Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlamaq barədə razılığa gəliblər. APA xəbər verir ki, bu bəyanatla Bolivar Respublikasının prezidenti vəzifəsini icra edən Delsi Rodriges çıxış edib.

Onun sözlərinə görə, Karakasda ABŞ-ın energetika naziri Kris Rayt ilə görüşün yekununda bildirilib ki, proqram uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edəcək.

“Əsas, birinci bənd uzun müddət mövcud olacaq tərəfdaşlığın yaradılmasıdır”, – deyə Rodriges bildirib.

Mənbə: apa.az

Xəbər Lenti