Qırğızıstan parlamentinin spikeri istefa verib

Qırğızıstan parlamentinin spikeri istefa verib

Tarix: 12 Feb 2026 10:41

Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek uulu istefa verdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

“Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar olaraq bildirirəm ki, mən bir və ya iki nəfərə deyil, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Öz istəyimlə istefaya getmək qərarına gəldim. Bu, xarici təzyiq olmadan qəbul etdiyim şəxsi bir qərardır", – Turqunbek uulu bildirib.

Məlumata görə, spikerin istefa məsələsi Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifəsindən azad edilməsindən sonra müzakirə olunmağa başlayıb.

İlqar Xudiyev Qırğızıstan parlamentinin spikerinin istefası

Mənbə: apa.az

Xəbər Lenti