Türkiyə və Yunanıstan HDQ nümayəndələri Afinada görüşəcək

Tarix: 12 Feb 2026 13:21

Türkiyə ilə Yunanıstan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Afinada görüş keçirəcək.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Türkiyə ilə Yunanıstan arasında “Etimadın Artırılması Tədbirləri”nin icra planı çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndə heyəti 17–19 fevral tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində səfərdə olacaq.

Dəryanur Cəfərova Türkiyə Yunanıstan HDQ nümayəndələri Afina

Xəbər Lenti