Rusiya Ukrayna ilə danışıqların yeni raundunun tezliklə keçiriləcəyinə ümid edir

Rusiya Ukrayna ilə danışıqların yeni raundunun tezliklə keçiriləcəyinə ümid edir

Tarix: 12 Feb 2026 13:59

Moskva Ukrayna ilə bağlı danışıqların yeni raundunun tezliklə keçiriləcəyinə ümid edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Müəyyən bir anlaşma var və sizi məlumatlandıracağıq. Növbəti raundun tezliklə baş tutacağına ümid edirik", - Putinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı danışıqlar bu ilin fevral ayının əvvəlində Əbu-Dabidə keçirilib. Danışıqlarda Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri iştirak edib.

Fərid Əkbərov Ukrayna Rusiya ABŞ

Mənbə: apa.az

Xəbər Lenti