Almaniyanın müdafiə naziri: Ukraynanın Aİ-yə üzvlüyü üçün konkret tarix mümkündür

Tarix: 12 Feb 2026 15:54

Almaniyanın müdafiə naziri Boris Pistorus Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün müəyyən bir tarixlə bağlı razılaşmanın real olduğunu bildirib.

APA “Evropeskaya Pravdaya” istinadən xəbər verir ki, o, bu fikri NATO Müdafiə Nazirlərinin görüşü ərəfəsində jurnalistlərə səsləndirib.

"Konkret bir tarix həmişə mümkündür", – Pistorus bildirib.

Almaniyanın müdafiə naziri bu tarixlərin müəyyənləşdirilməsinin ayrıca müzakirələr tələb etdiyini vurğulayıb.

"Hansı tarix olmalıdır? Bu barədə danışıqlar aparılmalıdır. Bu, anın təsiri altında müəyyən edilə biləcək bir şey deyil", – o əlavə edib.

İlqar Xudiyev Ukrayna Aİ-ə üzvlük

Xəbər Lenti