Cümə axşamı, 12 Ferval, 2026
Tarix: 12 Feb 2026 18:38
Baş katib Mark Rutte ABŞ-ın müharibə naziri Pit Heqsetin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında iştirak etməməsinə münasibət bildirib.
APA xəbər verir ki, Rutte bunun başadüşülən olduğunu bəyan edib.
Belə ki, NATO Baş katibinin sözlərinə görə, ABŞ-ın diqqət yetirməli olduğu regionların sayı çoxdur və bu səbəbdən Pentaqon rəsmiləri həmişə Brüsselə gələ bilməz.
“Mənim Heqsetlə, eləcə də Prezident Tramp və dövlət katibi Marko Rubio ilə çox gözəl münasibətim var. Şübhəm yoxdur ki, ABŞ NATO-ya tam olaraq sadiqdir. ABŞ rəsmilərinin iclasda iştirak etməməsi məni narahat etmir. Çünki onlar öz yarımkürələrinin, Hind-Sakit okean regionunun qayğısına qalmalıdırlar, onların bir çox məsuliyyəti var”, - Rutte qeyd edib.
Toğrul Quluzadə NATO Rutte ABŞ Brüssel