İsrail Müdafiə Qüvvələri İran xalqını "Mossad"la əməkdaşlığa çağırıb

Tarix: 12 Feb 2026 17:59

İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış edib.

APA xəbər verir ki, çağırış IDF-in farsdilli “X” hesabında yerləşdirilib.

IDF müraciətində İran xalqını İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlığa dəvət edib.

“İranın vətənpərvər xalqından bizimlə əlaqənin rəsmi yollarını izləməyi və hər növ əməkdaşlıq üçün təmasda olmalarını xahiş edirik”, - çağırışda deyilir.

Çağırışda IDF ilə “Mossad”ın sosial şəbəkə hesablarının ünvanları qeyd edilib və əlavə edilib ki, bunlar “yeganə etibarlı və rəsmi hesablardır”.

Toğrul Quluzadə İsrail Müdafiə Qüvvələri IDF İran Mossad çağırış

Xəbər Lenti