Ərdoğan Serbiyaya səfər edəcək

Tarix: 12 Feb 2026 21:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti ilə may və iyun ayları ərzində geniş heyətlə Belqrad və Novi Pazara səfər etməyi planlaşdırırlar.

Dəryanur Cəfərova

Xəbər Lenti