Cümə, 13 Ferval, 2026
Tarix: 12 Feb 2026 21:02
“Avropa İttifaqının (Aİ) Kulevi limanına qarşı sanksiyaları Orta Dəhlizə zərər vura bilər”.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyində Avropa İttifaqının səfiri Pavel Herçenski ilə keçirilən görüşdə bildirilib.
Xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Tbilisinin Orta Dəhlizin ayrılmaz hissəsi olan Kulevi limanının Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilməyəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Gürcüstan Aİ-nin Rusiyaya qarşı bütün sanksiyalarına əməl edir və onlardan yayınmaq üçün cəhdlərin qarşısını alır.
Zurabaşvili əlavə edib ki, bu vaxta qədər Aİ-nin qurumlarından Kulevi limanının fəaliyyəti ilə bağlı hər hansı bir sual və yaxud şərh daxil olmayıb.
Xatırladaq ki, Aİ Rusiya nefti ilə əməliyyatlara görə Gürcüstanın Kulevi və İndoneziyanın Karimun limanlarına qarşı sanksiyaların tətbiqini təklif edib. Təklifin dəstəklənəcəyi təqdirdə, Avropa şirkətlərinə və fərdi şəxslərə sözügedən iki limanla əməliyyatların həyata keçirilməsi qadağan olunacaq.
Cəmilə Babayeva