Cümə, 13 Ferval, 2026
Tarix: 12 Feb 2026 23:36
ABŞ Prezidenti Donald Trump Çərşənbə günü İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla bağlı heç bir qəti razılaşma əldə olunmadığını açıqlayıb.
APA xəbər verir ki, Tramp buna baxmayaraq danışıqların davam etdiriləcəyini bildirib.
“Heç bir qəti qərar qəbul olunmayıb. Sadəcə mən İranla danışıqların davam etməsini tələb etdim ki, razılaşma əldə edilə bilərmi yoxlansın”, - Tramp qeyd edib.
ABŞ prezidenti “Fox Business”ə müsahibəsində yaxşı razılaşmanın heç bir nüvə silahı, heç bir raket demək olduğunu vurğulayıb.