Parlamentdə torpağın saxta sənədlər əsasında alqı-satqısı problemi qaldırılıb

Tarix: 03 Mar 2026 12:44

Parlamentdə torpağın saxta sənədlər əsasında alqı-satqısı problemi qaldırılıb.

APA xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”nin müzakirəsində bildirib ki, vətəndaşın torpağı saxta sənədlər əsasında başqasının adına rəsmiləşdirilir, daha sonra bir neçə dəfə alqı-satqı predmetinə çevrilir.

“Sonda isə ilkin sahibinə bildirilir ki, torpaq artıq vicdanlı alıcı tərəfindən əldə edildiyi üçün geri qaytarıla bilməz. Bəlkə qanunvericilik bunu belə tənzimləyir, lakin sosial ədalət baxımından bu, ciddi suallar doğurur. Məhkəmələrin əsas vəzifəsi ədaləti bərpa etməkdir. Bu, həm Konstitusiyada, həm də qanunvericilikdə öz əksini tapıb. Əgər vətəndaş torpağını satmaq istəməyibsə və sənədlərin saxtalaşdırıldığı sübuta yetirilirsə, burada ədalət prinsipi üstün tutulmalıdır. Əks halda, “mülki dövriyyənin sabitliyi” arqumenti sosial ədalət anlayışı ilə ziddiyyət təşkil edə bilər”, - deyə Qüdrət Həsənquliyev vurğulayıb.

Firuzə Vahid Qüdrət Həsənquliyev Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini torpaq alqı-satqı

Xəbər Lenti