Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 13:00
Yaxın Şərqdəki hadisələr fonunda Aİ-Azərbaycan enerji tərəfdaşlığını gücləndirmək daha vacibdir.
APA xəbər verir ki, bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen “X” hesabında yazıb.
“Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığını gücləndirmək üçün Bakıdayam. Şaxələndirmə, enerji təhlükəsizliyi və təmiz keçid əsas prioritetlərdir. Bu, Yaxın Şərqdə davam edən gərginliklər kontekstində daha da vacibdir”, - Yorgensen qeyd edib.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen çıxış edib.
Toğrul Quluzadə Aİ Azərbaycan Yorgensen