Livanın Səhiyyə Nazirliyi hücumlar nəticəsində yüzlərlə insanın öldüyünü açıqlayıb

Tarix: 08 Mar 2026 15:43

Livanın Səhiyyə Nazirliyi ölkədə baş verən hücumlar nəticəsində çoxsaylı insan tələfatının qeydə alındığını bildirib.

APA xəbər verir ki, nazirliyin məlumatına görə, hücumlar başlayandan bu günə qədər 394 nəfər həlak olub, 1130-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatlar eyni zamanda İsrailin N12 telekanalında yayımlanıb. Hadisələrlə bağlı əlavə məlumatların araşdırıldığı bildirilib.

Livan Livan Səhiyyə Nazirliyi Yaxın Şərq gərginliyi İsrail Livan münaqişəsi hərbi hücumlar mülki itkilər N12LIVE regional münaqişə beynəlxalq gərginlik

Xəbər Lenti