Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 14:48
Tehran Hörmüz boğazının həmişə açıq və təhlükəsiz olmasının tərəfdarıdır.
APA-nın Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə bildirib.
“Hörmüz boğazı minilliklərdir bizim daxili və ərazi sularımızdadır. Biz hər zaman açıq və aydın şəkildə bildirmişik ki, sabitliyin təminatçısı kimi bu boğazın açıq və təhlükəsiz qalmasını istəyirik”, - Xətibzadə deyib.
Nazir müavini ABŞ-ı İran üzərində təzyiq siyasəti aparmaqda ittiham edib və bunun təhlükəsizlik riskləri yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, İran diplomatiyanı dəstəkləsə də, ABŞ təzyiq siyasətini davam etdirir: “Onlar düşünürlər ki, məcburetmə və təzyiq həll yoludur. Bizim üçün isə diplomatiya həllin bir hissəsidir. Müharibə heç kimə xeyir gətirmir, diplomatiya isə üstün olmalıdır”.
İran xarici işlər nazirinin müavini qeyd edib ki, ABŞ danışıqları “gərginlik vasitəsi” kimi istifadə etməyə çalışır: “Təəssüf ki, onlar diplomatiyanı uzatmaq və onu bir növ “şou”ya çevirmək istəyirlər. Biz isə hesab edirik ki, diplomatiya həllin bir hissəsidir”.
Dəryanur Cəfərova Hörmöz boğazı İran ABŞ Səid Xətibzadə