Cümə, 3 İyul, 2026
Tarix: 03 Jul 2026 06:25
Silahlı şəxslər Mərkəzi Afrika Respublikasında, Sudan sərhədi yaxınlığında yerləşən Am Dafok şəhərini ələ keçiriblər və nəticədə azı 28 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Ndeke Luka” radiosu məlumat yayıb.
Radionun mənbələrə istinadən verdiyi məlumata görə şəhər tamamilə dağıdılıb, taxıl və dərman ləvazimatları talan edilib.
Hücumun çərşənbə axşamı baş verdiyi bildirilir. Am Dafok şəhəri hələ də yaraqlıların nəzarəti altındadır və Bangui ilə əlaqəsi kəsilib.
Bir çox sakin evlərini tərk edib və BMT-nin sülhməramlılarının olduğu bazaya sığınıb.
AfrikaMənbə: apa.az