Ukrayna Zaporojyedə bazara dron zərbəsi endirib, 5 nəfər ölüb

Ukrayna Zaporojyedə bazara dron zərbəsi endirib, 5 nəfər ölüb

Tarix: 03 Jul 2026 14:34

Ukrayna ordusunun Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan Tokmak şəhərindəki bazara dron zərbəsi endirdiyi bildirilir.

“İnterfaks” bu barədə vilayətin qubernatoru Yevgeniy Balitskiyə istinadən məlumat yayıb.

Məlumata görə, dron zərbəsi nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

Mənbə: apa.az

Xəbər Lenti