Aİ Navalnının ölümünə görə 6 rusiyalı tədqiqatçıya sanksiya tətbiq edib

Aİ Navalnının ölümünə görə 6 rusiyalı tədqiqatçıya sanksiya tətbiq edib

Tarix: 03 Jul 2026 16:25

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub.

Bildirilib ki, həmin alimlər Rusiya müxalifətinin lideri Aleksey Navalnının öldürülməsində istifadə olunan “epibatidin” adlı kimyəvi maddənin yaradılmasında iştirak ediblər.

Sanksiyaya məruz qalanlar arasında “SC Signal” qurumunun laboratoriya rəhbəri İqor Babkin, Texnologiya və Orqanik Kimya üzrə Rusiya Dövlət Araşdırma İnstitutunda kimya tədqiqatçısı İrina Derevyaqina və digərləri var.

Beləliklə, Aİ tərəfindən kimyəvi silahların yayılmasının qarşısının alınması ilə bağlı sanksiya qoyduğu şəxslərin sayı 31 nəfərə çatıb.

Bu şəxslərin aktivləri dondurulur və Aİ ölkələrinə səfəri qadağan edilir.

Qeyd edək ki, Aleksey Navalnı 2024-cü ildə həbsdə olarkən ölüb.

Toğrul Quluzadə Aİ Rusiya Navalni sanksiya

Mənbə: apa.az

Xəbər Lenti