Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun qəbul edilib

Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun qəbul edilib

Tarix: 03 Jul 2026 17:13

Ermənistan parlamenti xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdıran qanunu qəbul edib.

"Armenpress" xəbər verir ki, Ermənistan parlamenti hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları tərəfindən təqdim olunan, xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran Seçki Məcəlləsinə və "Referendum haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan qanunvericilik paketini ikinci oxunuşda və yekun olaraq qəbul edib.

Dəyişikliklərə əsasən, parlamentə seçkilərdə səsvermə hüququ yalnız seçki gününədək 18 yaşına çatmış və səsvermədən əvvəlki 730 gün ərzində ən azı 366 gün faktiki olaraq ölkə ərazisində yaşamış Ermənistan vətəndaşlarına veriləcək.

Növbədənkənar parlament seçkiləri keçiriləcəyi halda isə həmin müddətin hesablanması səsvermədən əvvəlki 28-ci gündən başlayacaq.

İlqar Xudiyev Ermənistan seçki hüququ parlament seçkiləri

Mənbə: apa.az

Xəbər Lenti