Tusk Polşa-Ukrayna münasibətlərindəki gərginliyə görə Zelenskini ittiham edib

Tusk Polşa-Ukrayna münasibətlərindəki gərginliyə görə Zelenskini ittiham edib

Tarix: 03 Jul 2026 16:49

Polşanın Baş naziri Donald Tusk Varşava ilə Kiyev arasında son vaxtlar yaranmış gərginliyə görə Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib.

APA-nın xəbərinə görə, Tusk bildirib ki, münasibətlərin pisləşməsinə Zelenskinin "lazımsız qərarı" səbəb olub.

Baş nazir deyib ki, mövcud gərginliyin azaldılması istiqamətində ilk addımı məhz Ukrayna tərəfi atmalıdır.

"Polşa ilə qarşıdurmanı dərinləşdirməklə daxili siyasi dəstəyi gücləndirməyə çalışmaq tamamilə yolverilməzdir", – Tusk vurğulayıb.

Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotskinin Zelenskini Polşanın ən yüksək mükafatından məhrum etməsindən sonra iki ölkə arasında diplomatik münasibətlər Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan bəri ən pis dövrünü yaşayır.

İlqar Xudiyev Tusk Zelenski Polşa Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti