Cümə, 3 İyul, 2026
Tarix: 03 Jul 2026 18:35
Almaniyanın Münhen şəhərində rekord istilər, quraqlıq və qrunt sularının səviyyəsinin kəskin azalması fonunda su ehtiyatlarının qorunması üçün təcili tədbirlər görülür.
APA xəbər verir ki, Münhen şəhər administrasiyasının məlumatına görə, son günlər içməli suya tələbat kəskin artıb, yaz aylarında yağıntının rekord səviyyədə az olması isə yeraltı su ehtiyatlarının bərpasını ciddi şəkildə zəiflədib. Bu səbəbdən şəhərin su götürmə imkanları demək olar maksimum həddə çatıb.
Münhenin meri Dominik Krauze vəziyyətin idarə olunması üçün xüsusi işçi qrupunun yaradıldığını bildirib. Şəhər sakinlərinə suya qənaət etməyə çağırış edilib və zərurət yaranacağı təqdirdə, əlavə məhdudiyyətlərin tətbiq olunacağı qeyd edilib.
"1970-ci illərin əvvəllərindən bəri görünməmiş müstəsna vəziyyətlə üz-üzəyik. Uzunmüddətli isti hava nəticəsində suya tələbatın kəskin artması Münhenin bələdiyyə su təchizatı sistemini imkanlarının son həddinə çatdırıb. Buna görə də şəhər suya qənaət məqsədilə dərhal tədbirlər görəcək", – Krauze bildirib.
İlqar Xudiyev Münhendə su qıtlığı AlmaniyaMənbə: apa.az