Şənbə, 4 İyul, 2026
Tarix: 03 Jul 2026 22:43
Almaniyada 30 mindən çox Mercedes-Benz əməkdaşı şirkətin qənaət tədbirlərinə qarşı etiraz aksiyalarına qatılıb.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniyanın müxtəlif şəhərlərində keçirilən aksiyalara ümumilikdə 33 minə yaxın işçi qatılıb. Aksiyalar sənaye həmkarlar ittifaqı IG Metall-in çağırışı ilə təşkil olunub.
Həmkarlar ittifaqının sədri Kristiane Benner bildirib ki, avtomobil sənayesinin rəqabət qabiliyyəti əmək şəraitinin pisləşdirilməsi ilə deyil, yeni məhsullara, istehsal sahələrinə və işçilərə investisiyalar hesabına artırılmalıdır.
"IG Metall" bugünkü aksiyaların etirazların yalnız başlanğıcı olduğunu bildirərək, şirkətlər iş yerlərinin ixtisarını davam etdirəcəyi təqdirdə onları "isti yay" gözlədiyini vurğulayıb.
Mercedes-Benz iyun ayında qənaət proqramını sərtləşdirəcəyini açıqlamış və təxminən 90 min əməkdaşın iyul ayında almalı olduğu mükafatın ödənişini gələn ilə təxirə salmışdı.
Almaniya, Mercedes-Benz, etiraz
Mənbə: apa.az