Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 00:42
ABŞ Prezidenti Donald Tramp Co Bayden administrasiyası dövründə irəli sürülmüş ittihamlarla məhkum edilmiş altı ABŞ vətəndaşını əfv edib.
APA xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Mənim üçün Bayden administrasiyası dövründə təqibə məruz qalmış və avtomobillərini təmir etdiklərinə görə həbs cəzası çəkən və ya çəkməyə hazırlaşan altı nəfərin əfv olunması haqqında sərəncamı imzalamaq böyük şərəfdir", – deyə Tramp bildirib.
ABŞ Prezidenti paylaşımında sələfi Co Baydeni də tənqid edərək, onu qanunvericiliyi vətəndaşlara təzyiq vasitəsinə çevirməkdə və ağılsız davranmaqda ittiham edib.
ABŞ Donald Tramp əfv
Mənbə: apa.az