Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 09:27
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən neft terminalına zərbələr endirib.
Bu barədə "Unian" məlumat yayıb.
Məlumata görə, əsas hədəf Baltik dənizində neft məhsullarının yüklənməsi üzrə Rusiyanın ən iri dəniz terminallarından biri olan Sankt-Peterburq Neft Terminalı olub.
Zərbələr nəticəsində terminal ərazisində yanğın baş verdiyi qeyd edilib.
Bundan başqa, gecə saatlarında Rusiyanın digər bölgələrindən və işğal altında olan ərazilərdən də partlayış xəbərləri yayılıb. Luqanskda Kambrod rayonunda partlayışlar və ikinci dərəcəli detonasiya baş verdiyi bildirilir. Çuvaşıstanda isə hava həyəcanı elan olunub. Yerli sakinlərin paylaşdığı görüntülərdə "Flaminqo" raketlərinin uçuşu əks olunub.
Mənbə: apa.az