Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq

Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq

Tarix: 07 Jul 2026 01:41

Dəməşq tezliklə Avropa aerokosmik şirkəti olan “Airbus” ilə müqavilə imzalayacaq.

APA xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa bildirib.

"Suriya səkkiz “Airbus” təyyarəsi sifariş etmək üçün müqavilə imzalamaq üzrədir və inanıram ki, onlar tezliklə təhvil veriləcək", - əş-Şaraa Fransanın BFMTV televiziya kanalına verdiyi müsahibədə deyib.

əş-Şaraa Suriyanın təyyarələri hansı şərtlərlə alacağı ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, Suriyanın “Syrian Arab Airlines” şirkəti hazırda Qətər investisiyası ilə 12 sərnişin və yük təyyarəsindən ibarət donanmasını ikiqat artırmaq üçün genişmiqyaslı modernləşdirmə proqramı həyata keçirir.

Suriya Airbus

Mənbə: apa.az

Xəbər Lenti