Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 07:41
Bazar ertəsi axşamından çərşənbə axşamı səhər saat 6-ya qədər Moskva bölgəsinə doğru 430-dan çox dron uçub.
APA xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib.
O dronlardan əksəriyyətinin uzaq məsafədən hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini, Moskvaya yaxınlaşarkən isə 36 dronun vurulduğunu bildirib.
"Bazar ertəsi axşamından səhər saat 6-ya qədər Moskva bölgəsinə 430-dan çox dron uçub. Onların əksəriyyəti uzaq məsafədə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Moskvaya yaxınlaşarkən 36 düşmən dronu məhv edilib", - mer bildirib.
dronMənbə: apa.az