Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO

Tarix: 07 Jul 2026 10:10

Ankarada keçirilən 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, forumda NATO-nun Baş katibi Mark Rutte açılış nitqi ilə çıxış edəcək, daha sonra Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və milli müdafiə naziri Yaşar Güler iştirakçılara müraciət edəcəklər.

Günün proqramına xarici işlər və müdafiə nazirlərinin görüşləri, eləcə də liderlər üçün rəsmi şam yeməyi daxildir. Sammitin ikinci günü Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası keçiriləcək.

Sammit çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla başda olmaqla bir sıra liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Ərdoğan–Tramp görüşündə Türkiyənin F-35 proqramına mümkün qayıdışı, KAAN layihəsi üçün F110 mühərriklərinin satışı, eləcə də Suriya və Qəzzadakı vəziyyətin müzakirə ediləcəyi bildirilir.

Dəryanur Cəfərova
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO

Mənbə: apa.az

Xəbər Lenti