Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub - VİDEO

Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub - VİDEO

Tarix: 07 Jul 2026 13:08

İyulun 7-nə keçən gecə Ukrayna ordusu Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus 8 yanacaq tankeri, bir quru yük gəmisi və bir bərə aşkar edərək vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında məlumat və zərbələrin video görüntüsünü paylaşıb.

Brovdi qeyd edib ki, vurulan bütün tankerlər beynəlxalq sanksiyalar altındadır və 2006–2012-ci illərdə inşa edilib.

İlqar Xudiyev Ukrayna Azov dənizi tankerlərini vurulması Rusiya

Mənbə: apa.az

Xəbər Lenti