Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir

Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir

Tarix: 11 Sep 2026 13:42

Cəbrayıl-Ağbənd istiqamətində 74 kilometrlik 330 kV-luq iki dövrəli elektrik xəttinin tikintisi başa çatmaq üzrədir.

“APA-Economics” xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan istiqamətində elektrik veriliş xəttinin layihələndirilməsi üzrə işlər də artıq yerinə yetirilib.

Baba Rzayev qeyd edib ki, Naxçıvanda Azərbaycan ilə Türkiyə arasında birbaşa elektrik əlaqəsinin əsas elementlərindən biri olacaq çevirici yarımstansiyanın tikintisi üçün ərazi “AzərEnerji”yə ayrılıb.

Emil İsmayılov

Mənbə: apa.az

Xəbər Lenti