Cümə, 20 Noyabr, 2026
Tarix: 19 Nov 2026 14:09
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni Konstitusiyasının qəbulu və sülhün institusionallaşdırılması məsələlərini müzakirə etdiklərini təsdiqləyib.
APA xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bəli, bu mövzuda müzakirəm Dublində Azərbaycan Prezidenti ilə də baş tutub”, – Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan üçün bu məsələ ətrafında beynəlxalq ictimaiyyətdə müvafiq anlayışın formalaşması vacibdir.
“İlk növbədə, mən öz siyasi məsuliyyətimi daşıyıram. Amma bəli, bu istiqamətdə Azərbaycanla da işləyirik, Türkiyə, İran İslam Respublikası və Gürcüstanla, ilk növbədə qonşularımızla, eləcə də bütövlükdə beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik ki, bu anlayış formalaşsın”, – Ermənistanın Baş naziri vurğulayıb.
İlqar Xudiyev Paşinyan Ermənistan yeni konstitutsiya Azərbaycan sülh müqaviləsi
Mənbə: apa.az