Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub - FOTO

Tarix: 19 Nov 2026 23:40

Lənkəranda dörd nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, qəza Lənkəran–Boradigah–Masallı yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynov idarə etdiyi “Qazel” markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan, Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Daha sonra “Qazel” Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi “VAZ-21099” və Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus, marketin qarşısında dayanan “VAZ-2106” markalı avtomobillərə dəyib.

Bundan sonra nəqliyyat vasitəsi yol kənarındakı beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb.

İlkin məlumata görə, hadisəyə “Qazel”in sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Lənkəran zəncirvari qəza yol-nəqliyyat hadisəsi Separadi Zövlə elektrik enerjisi işıqsız qalan kəndlər Qazel avtomobil qəzası

Mənbə: apa.az

Xəbər Lenti