Cümə, 20 Noyabr, 2026
Tarix: 20 Nov 2026 01:15
Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxmağa hazır olan 14 ölkədən ibarət qrup formalaşıb.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının “İmedi Live” proqramında bildirib.
Onun sözlərinə görə, həmin ölkələr arasında ABŞ, Ukrayna, Gürcüstanın qonşuları və regionun digər dövlətləri yoxdur.
Nazir bu 14 ölkənin mövqeyinin Brüsselin göstərişləri əsasında formalaşdığını istisna etməyib.
Boçorişvili bildirib ki, ATƏT Nazirlər Şurasının iclasında təşkilatın növbəti sədri ilə bağlı qərar qəbul olunmasa, qurum daxilində böhran yarana bilər.
Qeyd edək ki, 2026-cı ildə ATƏT-ə İsveçrə sədrlik edir. Gürcüstan bu ilin yanvarında təşkilatın növbəti sədrliyinə namizədliyini irəli sürüb. Avropa İttifaqı isə Tbilisinin təşəbbüsünü dəstəkləmir.
Yekun qərarın dekabrda keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında qəbul olunacağı gözlənilir.
Cəmilə Babayeva Gürcüstan Maka Boçorişvili ATƏT Avropa İttifaqı Brüssel İsveçrə Tbilisi diplomatiya ATƏT-ə sədrliyi
Mənbə: apa.az